ABŞ-ın Dövlət katibi Marko Rubio 11-16 may tarixlərində Səudiyyə Ərəbistanı, Qətər və Türkiyəyə səfər edəcək.
Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında bildirilib.
"Dövlət katibi Marko Rubio 11-14 may tarixlərində ABŞ prezidenti Donald Trampla birlikdə Səudiyyə Ərəbistanı və Qətərə səfər edəcək, burada prezident ABŞ və Körfəz tərəfdaşları arasında əlaqələri gücləndirməyə çalışacaq", – sənəddə qeyd olunur.
"Daha sonra Rubio mayın 14-16-da Antalyada təşkil olunacaq NATO xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısında iştirak edəcək. Görüşdə alyansın təhlükəsizlik prioritetləri, müdafiə sahəsində sərmayələrin artırılması və Rusiya ilə Ukrayna arasında müharibənin sona çatdırılması müzakirə ediləcək", – bəyanatda qeyd edilir.
Musavat.com