RU

Müalicə-Sağlamlıq Mərkəzi Şuşada əhalinin sağlamlığının qorunmasında mühüm rol oynayacaq

Şuşa Müalicə-Sağlamlıq Mərkəzi Şuşada əhalinin sağlamlığının qorunmasında çox mühüm rol oynayacaq.

Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələrin Müdiriyyətinin Sənədlərlə iş şöbəsinin müdiri Cabir Muradov bildirib.

Qeyd edilib ki, işğaldan azad olunmuş ərazilərimizdə Azərbaycan dövləti tərəfindən digər sahələrlə yanaşı, tibb xidmətlərinin yüksək səviyyədə təşkili üçün də genişmiqyaslı işlər həyata keçirilir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə mayın 9-da açılışı olan Şuşa Müalicə-Sağlamlıq Mərkəzi bunun əyani göstəricisidir: “Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin təməli 2021-ci ilin noyabrında Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub. Altı korpusdan ibarət olan mərkəz 90 çarpayılıqdır. Burada terapiya, pediatriya, cərrahiyyə və digər şöbələr fəaliyyət göstərəcək. Mərkəzdə, həmçinin konsultativ poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələri, klinik diaqnostik laboratoriya yaradılıb. Şuşa Müalicə-Sağlamlıq Mərkəzi müasir standartlara cavab verən tibbi avadanlıq, o cümlədən kompüter tomoqrafiyası, rəqəmsal teleskopik rentgen, rəqəmsal stasionar USM cihazları ilə təchiz olunub. Bunlar isə öz növbəsində Mərkəzə müraciət edənlərin müayinə və müalicəsini yüksək səviyyədə aparmağa geniş imkanlar yaradır.

Tibb ocağının ərazisində Gigiyena və Epidemiologiya Mərkəzi, hemodializ və digər korpuslar inşa olunub.

Şuşa Müalicə-Sağlamlıq Mərkəzi Şuşa şəhərində yaşayacaq əhalinin tibbi təminatı və sağlamlığının qorunması istiqamətində icra olunan sosial infrastruktur layihəsi kimi çox mühüm rol oynayacaq. Mərkəzin xidmətlərindən, eyni zamanda, ətraf şəhər və rayonların əhalisi də istifadə edə biləcək”.

Müalicə-Sağlamlıq
Избранный
0
25
apa.az

10Источники