RU

Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin xidmətlərindən rayonların əhalisi də istifadə edə biləcək

Bakı. Trend:

İşğaldan azad olunmuş ərazilərimizdə Azərbaycan dövlətitərəfindən digər sahələrlə yanaşı, tibb xidmətlərinin yüksəksəviyyədə təşkili üçün də genişmiqyaslı işlər həyata keçirilir.Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanıniştirakı ilə mayın 9-da açılışı olan Şuşa Müalicə-Sağlamlıq Mərkəzibunun əyani göstəricisidir.

Səhiyyə Nazirliyinin Tikilməkdə Olan MüəssisələrinMüdiriyyətinin Sənədlərlə iş şöbəsinin müdiri Cabir MuradovTrend-in bölgəmüxbirinə bildirib ki, Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin təməli2021-ci ilin noyabrında Prezident İlham Əliyevin və birinci xanımMehriban Əliyevanın iştirakı ilə qoyulub. Altı korpusdan ibarətolan mərkəz 90 çarpayılıqdır. Burada terapiya, pediatriya,cərrahiyyə və digər şöbələr fəaliyyət göstərəcək. Mərkəzdə,həmçinin konsultativ poliklinika, uşaq poliklinikası,şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbibərpa şöbələri, klinik diaqnostik laboratoriya yaradılıb. ŞuşaMüalicə-Sağlamlıq Mərkəzi müasir standartlara cavab verən tibbiavadanlıq, o cümlədən kompüter tomoqrafiyası, rəqəmsal teleskopikrentgen, rəqəmsal stasionar USM cihazları ilə təchiz olunub. Bunlarisə öz növbəsində Mərkəzə müraciət edənlərin müayinə və müalicəsiniyüksək səviyyədə aparmağa geniş imkanlar yaradır.

Tibb ocağının ərazisində Gigiyena və Epidemiologiya Mərkəzi,hemodializ və digər korpuslar inşa olunub.

Şuşa Müalicə-Sağlamlıq Mərkəzi Şuşa şəhərində yaşayacaq əhalinintibbi təminatı və sağlamlığının qorunması istiqamətində icra olunansosial infrastruktur layihəsi kimi çox mühüm rol oynayır. Mərkəzinxidmətlərindən, eyni zamanda, ətraf şəhər və rayonların əhalisi dəistifadə edə biləcək.

Избранный
0
25
az.trend.az

10Источники