RU

"Sevilya"nın fanatları bazaya hücum çəkdilər

İspaniyanın "Sevilya" komandasının azarkeşləri klubun bazasına hücum ediblər.

"Unikal" ESPN-ə istinadən xəbər verir ki, hadisə Əndəlüs təmsilçisinin La Liqanın 35 turunda "Selta"ya uduzduğu matçdan (2:3) sonra yaşanıb.

Fanatlar bazanın qapısını sındırıblar. Klub münaqişənin böyüməsi təhlükəsi ilə əlaqədar polisə müraciət edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları kütləni dayandırmaq üçün rezin güllələrdən istifadə ediblər.

Təhlükəsizliyə görə oyunçular gecəni bazada keçiriblər.

Qeyd edək ki, "Sevilya" La Liqada 38 xalla 15-ci pillədə qərarlaşıb.

Избранный
0
19
unikal.az

10Источники