“Gəncə” basketbol klubunda ayrılıq baş verib.

Offsideplus.az xəbər verir ki, amerikalı basketbolçu Cordan Forbs komandadan ayrılıb. İdmançı karyerasını yenidən Avstraliyada davam etdirəcək. 26 yaşlı hücumçu sabiq komandası “Strut Sabres”ə qayıdıb.

190 sm boyu olan Forbs “Strut Sabres”də 5 nömrəli forma ilə çıxış edəcək. O, daha əvvəl də bu komandanın heyətində uğurlu çıxışı ilə yadda qalmışdı.

Qeyd edək ki, “Strut Sabres” Avstraliyanın 1-ci Liqasında çıxış edir.