RU

Yeni Roma Papasının birinci müraciəti – Ədalətli və davamlı sülhə çağırdı


Yeni Roma Papası XIV Leo ilk müraciətində Ukraynada ədalətli və davamlı sülhə və Qəzzada dərhal atəşkəsə çağırıb.
Yeniavaz.com
xəbər verir ki, Vatikanda Müqəddəs Pyotr meydanına toplaşanlara eyvandan çıxış edən XIV Leo bir daha dünyanın böyük dövlətlərinə “Daha müharibə olmasın” çağırışı ilə müraciət etdiyini bəyan edib:
“Sevimli Ukrayna xalqının əzabını ürəyimdə daşıyıram”, - Roma Papası deyib.
Yeni seçilmiş Papa hərbi əsirlərin azad edilməsinə və ukraynalı uşaqların ailələrinə qaytarılmasına çağırıb.
XIV Leo öz müraciətində Qəzza zolağındakı müharibədən də danışaraq, orada hərbi əməliyyatların dərhal dayandırılmasını, yorğun mülki əhaliyə humanitar yardımın göstərilməsini və bütün girovların azad edilməsini tələb edib.
Papa Hindistan və Pakistan arasında atəşkəs razılaşmasını da alqışlayıb.
KİV-in məlumatına görə, yeni pontifikin ilk müraciətini dinləmək üçün meydana təxminən 100 min insan gəlib.
Избранный
0
yeniavaz.com

1Источники