Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, bununla bərabər, atəşkəs və müharibənin dayandırılması vacibliyindən danışmaqla hər ikisi daha çox tərəfdar toplamağa çalışır:
“Ukraynaya dəstək verən dövlətlərin sayı daha çoxdur, Kreml sahibi bu nisbəti öz xeyrinə dəyişməyə çalışır. Vladimir Putinin gecə ikinin yarısında jurnalistləri təcili Kremlə toplayıb, “müharibəni dayandırmaq üçün birbşaşa danışıqlar təklif edirəm” açıqlaması və cümlələrinin birində ABŞ Prezidenti Donald Trampa minnətdarlıq bildirməsi bu siyasətə xidmət edir. Tramp Putinin açıqlamasından məmnundur.
Vladimir Zelenski təşəbbüsün Putinin tərəfinə keçməsinin qarşısını almaq üçün dərhal “mən də hazıram” cavabını verib. İki ölkə öz aralarındakı mübahisəni davam etdirəcəklər, önəmli olan müharibəni və insan itkisini dayandırmaqdır. Ayrıca, tərəflərin ikinci dəfə yenidən İstanbulda toplaşması və razılıq əldə etməsi Türkiyənin bölgədəki rolunu daha da artıracaq”.
Xatırladaq ki, Putin 15 mayda İstanbulda Rusiya və Ukrayna arasında birbaşa görüş təklif edib.
10Источники
-
hurriyyet.azPutin gecə 2-nin yarısı medianı niyə Kremlə təcili topladı? ( 17196572)
-
leqal.infoƏrdoğan Putinə Türkiyənin Rusiya-Ukraynaya görüşünə evsahibliyinə hazır olduğunu bildirib ( 17185829)
-
korrespondent.azƏrdoğan: Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi etməyə hazırdır ( 17180300)
-
demokrat.azPutin gecə 2-nin yarısı medianı niyə Kremlə təcili topladı? ( 17179850)
-
cebheinfo.azƏrdoğan Putinin təklifi ilə razılaşdı ( 17179844)
-
hakimiyyet.azƏrdoğan və Putin arasında telefon danışığı olub ( 17179745)
-
paralel.azƏrdoğan və Putin arasında telefon danışığı olub ( 17179739)
-
publika.azƏrdoğan Putinlə telefonla danışdı: Türkiyə hazırdır! ( 17179583)
-
ucnoqta.azƏrdoğan Ankaranın hazır olduğunu bildirdi ( 17179481)
-
musavat.comƏrdoğan İstanbul danışıqlarına “hə” dedi ( 17179658)