Azərbaycanda tanınmış telekanallardan sayılan “MTV Azərbaycan”ın 13 yaşı tamam oldu.
Azərbaycanda fəaliyyət göstərən ilk ixtisaslaşmış musiqi kanalı kimi tamaşaçıların rəğbətini qazanan televizya son bir ildə inanılmaz nəticələr əldə edib. 2012 – ci ilin 11 mayında yaradılan kanal ölkəmizdə musiqi sahəsində yenilikləri təqdim edib, bir çox mədəni hadisələri geniş işıqlandırıb. Olduqca populyar olan kanalda bir sıra yeniliklər baş verib. Son bir ildə verilişlərin keyfiyyəti və təqdimatında baş verən dəyişiklik televiziyanın reytinqini artırıb.
Tarix: 11 May 2025, 15:11