RU

Əli Ömərov açıqladı: “Heydər Əliyev buna görə məni Baş prokuror təyin etdi” – VİDEO

Azərbaycanın sabiq baş prokuroru Əli Ömərov yenidən gündəmdədir.

Musavat.com xəbər verir ki, sabiq prokuror iş xanımı Ruhiyyə Əliyevanın müəllifi olduğu “Qaranlıqda Həqiqət” layihəsinin qonağı olub və şəxsi həyatının önəmli anlarını bölüşüb.

Verilişdə Əli Ömərovun ən çox diqqət çəkən açıqlamalarından biri onun necə və hansı səbəbdən Baş prokuror təyin olunması ilə bağlı olub. O bildirib ki, uşaqlıqdan ədalət və haqq uğrunda mübarizə aparmaq arzusu ilə yaşayıb və bu, atasının başına gələn ədalətsiz hadisədən qaynaqlanır.

“Atam o zaman Qərbi Azərbaycanda – Ermənistanda çoban işləyirdi. Süd bidonlarını dağdan aşağı gətirərkən birini zədələmişdi. Bu səbəbdən ona 7 aylıq əmək haqqı həcmində cərimə kəsmişdilər. Mən bu hadisəni uşaq yaşlarımda gördüm və içimdə hakim ya prokuror olmaq arzusu formalaşdı – ədalətsizliyə qarşı mübarizə aparmaq istəyi.”

Əli Ömərovun sözlərinə görə, bu istəyi illər sonra gerçəyə çevrilib və onu məhz Heydər Əliyev Baş prokuror təyin edib. O əlavə edib ki, 1990-cı illərin əvvəllərində deputat olduğu dövrdə çıxışlarında Heydər Əliyevin tezislərini müdafiə edib, eyni zamanda Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinə qarşı çıxıb.

“Görünür Heydər Əliyev bu çıxışlarımı izləyib. Hakimiyyətə gələn kimi məni dəvət etdi və Baş Prokuror vəzifəsinə təyin etdi. Tarixdə elə bir Baş Prokuror olmadı ki, mənim kimi bu qədər yüksək rütbəyə layiq görülsün”, – deyə Əli Ömərov vurğulayıb.

Sözügedən müsahibəni R TV kanalında yayımlanan “Qaranlıqda Həqiqət” verilişinin tam buraxılışında izləmək mümkündür. Musavat.com isə həmin müsahibədən seçilmiş videoparçanı oxucuların diqqətinə təqdim edir.

Musavat.com

Избранный
0
2
musavat.com

4Источники