Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.
Operativ Media xəbər verir ki, görüş zamanı Türkiyə-Fransa ikitərəfli münasibətləri, həmçinin regional və qlobal məsələlər müzakirə edilib.
Prezident Ərdoğan söhbət zamanı Ukrayna ilə Rusiya arasında davam edən müharibənin sona çatdırılması üçün tarixi bir dönüm nöqtəsinə çatıldığını bildirib.
O, bu fürsətin sülh naminə dəyərləndirilməsinin vacibliyini vurğulayıb.
Tərəflər, bölgədə sabitliyin təmin olunması və diplomatik səylərin davam etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.