Misli Premyer Liqasının XXXIV turunun üçüncü günü Bakıda yekunlaşacaq.
İdman.biz xəbər verir ki, “Qarabağ” “Araz-Naxçıvan”ı qəbul edəcək.
Rəqiblər çempionatda 12-ci matça çıxacaqlar.
Əvvəlki 11 oyunda Ağdam təmsilçisi üstünlüyə malikdir. “Qarabağ” 7 qələbə qazanıb. Naxçıvan klubu isə 3 dəfə qalib gəlib. Cəmi 1 oyun heç-heçə yekunlaşıb.
Top fərqində də Qurban Qurbanovun yetirmələri üstündür – 24-13.
“Qarabağ” bütün oyunlarda qol vurub. Bürünc medal üçün bütün gücünü səfərbər edəcək “Araz-Naxçıvan” son 3 matçda xal qazanmayıb. 1 xal kifayət edir ki, qonaqlar mövsümü 3-cü yerdə başa vursunlar.
05.08.2000 | Qarabağ (Ağdam) - Araz (Naxçıvan) | 1:0 |
10.05.2001 | Araz (Naxçıvan) - Qarabağ (Ağdam) | 2:1 |
14.10.2001 | Araz (Naxçıvan) - Qarabağ-Azərsun (Ağdam) | 3:2 |
23.12.2001 | Qarabağ-Azərsun (Ağdam) - Araz (Naxçıvan) | 3:0 |
20.08.2023 | Qarabağ (Ağdam) - Araz-Naxçıvan | 2:1 |
30.10.2023 | Araz-Naxçıvan - Qarabağ (Ağdam) | 2:1 |
23.01.2024 | Qarabağ (Ağdam) - Araz-Naxçıvan | 3:1 |
26.05.2024 | Araz-Naxçıvan - Qarabağ (Ağdam) | 2:2 |
02.08.2024 | Araz-Naxçıvan - Qarabağ (Ağdam) | 1:4 |
22.12.2024 | Qarabağ (Ağdam) - Araz-Naxçıvan | 2:0 |
08.03.2025 | Araz-Naxçıvan - Qarabağ (Ağdam) | 1:3 |
Qeyd edək ki, qarşılaşma saat 20:00-da başlayacaq.
İdman.biz