RU

Nəhənglərlə yarışan tarix, ardıcıl məyusluq - "Ankaragücü"

Türkiyə I Liqasını tərk edən sonuncu klub da bəlli olub.

Apasport.az xəbər verir ki, “Ankaragücü” çempionatın son turunda “Amedspor”u məğlub edib – 2:0.

Buna baxmayaraq, paytaxt təmsilçisi turnirlə vidalaşıb.

38 matçdan sonra 48 xal toplayan komanda turnir cədvəlində 17-ci pillədə qərarlaşıb. Bununla da, “Ankaragücü” “Yeni Malatya”, “Adanaspor” və “Şanlıurfaspor”un ardından II Liqaya düşən sonuncu komanda olub.

Ötən mövsüm Super Liqada mübarizə aparan paytaxt klubu sezonu 17-ci pillədə bitirərək I Liqaya düşmüşdü. Cari mövsüm I Liqada da uğursuz çıxış edən komanda ardıcıl ikinci il də turniri tərk edib.

Ankara klubu daha öncə bir dəfə belə uğursuzluğa imza atıb. Komanda maddi sıxıntılar yaşadığı 2012-13 mövsümündə II Liqaya düşüb. 

Hazırda tarixinin ən inamsız günlərini yaşayan “Ankaragücü” Super Liqa tarixinə adını yazdıran komandalardan biridir. Klub 3 böyükdən (“Qalatasaray”, “Fənərbaxça” və “Beşiktaş”) sonra Türkiyə çempionatında ən çox iştirak edən komandadır. Nəhənglərin hər üçünün aktivində 67 belə mövsüm varsa, “Ankaragücü” 54 dəfə yüksək liqada çıxış edib.

Paytaxt təmsilçisi Super Liqanın 67 illik tarixində ən çox xal toplayan 6-cı komandadır. “Sarı-qaralar” bu göstəricidə yalnız “Fənərbaxça”, “Qalatasaray”, “Beşiktaş”, “Trabzonspor” və “Bursaspor”dan geri qalır. 

Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA

Premyer Liqanı A Seriyasına dəyişə bilər

Polşa millisinin üzvü “Barsa”da qalacaq

Selçuk İnan istefa verib

"Arsenal" və "Çelsi" "Milan"ın ulduzunu almaq istəyir

Избранный
0
apasport.az

1Источники