Bakı. Trend:
May ayının 11-də saat 04:00 radələrində Dövlət Sərhəd XidmətininSərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsininxidməti ərazisində, Xudafərin körpüsü istiqamətində naməlumşəxslərin şübhəli hərəkəti müşahidə olunub.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Trend-ə verilən məlumatagörə, İran İslam Respublikası ərazisindən "Xudafərin" körpüsünədaxil olan 4 nəfər sürünərək körpünün Azərbaycan Respublikasıərazisindəki hissəsinə keçərək körpünün sütun hissəsində qazıntıişləri aparmağa başlayıblar.
Dövlət sərhədinin mühafizəsi tapşırığını yerinə yetirən sərhədnaryadı dərhal hadisə yerinə cəlb olunmuş, eyni zamanda müqabiltərəfin sərhəd nümayəndəliyinə təcili olaraq hadisə barədə məlumatverilib.
Sərhəd naryadının həmin istiqamətə yaxınlaşmasını görən sərhədpozucularından biri özünü Araz çayına atıb, geriyə qaçan digər üçnəfər isə İran İslam Respublikası ərazisində saxlanılıb.
Sərhəd nümayəndələrinin iştirakı ilə hadisə yerinə baxışkeçirilib, körpünün qazıntı işləri aparılan hissəsində istifadəedilən qazma vasitələri aşkar olunaraq götürülüb.
Müqabil tərəfdən verilən məlumata əsasən saxlanılan şəxslərinİran İslam Respublikası vətəndaşları olduğu bildirilib.
Hər iki tərəfin iştirakı ilə Araz çayına düşən şəxsinaxtarışları aparılır.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.