Şri-Lankada avtobusun qayalıq ərazidən aşması nəticəsində 21 nəfər həlak olub.
Bu barədə Oxu.Az "Adaderana" xəbər portalına istinadla xəbər verir.
Qəza nəticəsində daha 35 nəfər xəsarət alıb. Onlar xəstəxanalara aparılıblar.
Yol-nəqliyyat hadisəsində ölənlərin şəxsiyyəti hələ müəyyən edilməyib.
Avtobusun təqribən 100 metr hündürlükdən aşdığı bildirilir.