RU

Azərbaycanın Venesiya Arxitektura Biennalesində debütü - FOTO

Azərbaycan son illərdəki memarlıq inciləri ilə ilk dəfə Venesiyada Beynəlxalq Arxitektura Biennalesində iştirak edir.

Day.Az xəbər verir ki, mayın 10-dan noyabrın 23-dək keçirilən XIX Arxitektura Biennalesində ölkəmiz Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi ilə "Tarazlıq. Azərbaycanın motivləri" ("Equilibrium. Patterns of Azerbaijan") adlı pavilyonla təmsil olunur.

Azərbaycan sərgidə "Yenidənqurma. İnnovasiya. Qorunma" başlığı altında üç memarlıq nümunəsini - Bakı Ağ Şəhər, Zəfər parkı və Zəngilan məscidi layihələrini tədqim edir.

Budəfəki Arxitektura Biennalesi "İntellekt. Təbii. Süni. Kollektiv" (Intelligens. Natural. Artificial. Collective) mövzusunu əhatə edərək iqlim dəyişikliklərinə diqqəti artırmaq məqsədi daşıyır. Eyni zamanda memarlığın təbii, süni və kollektiv zəka vasitəsilə dəyişən dünyaya uyğunlaşmasını araşdırmağa çağırır.

Bakı Ağ Şəhər layihəsi qabaqcıl və müasir şəhərsalma layihələrindən biri olaraq müasir texnologiya və kollektiv səylərlə sənaye keçmişindən dayanıqlı və yenidən qurulmuş yaşıl gələcəyə keçidi təcəssüm etdirir.

8 Noyabr qələbəsinin rəmzi olan, əzəmətli görünüşə sahib Zəfər parkı isə torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən oğullarının xatirəsini əbədiləşdirir və milli rifah üçün həmrəy olan xalqımızın əzmini nümayiş etdirir.

Qarabağ memarlıq üslubunda inşa edilən Zəngilan məscidi isə, öz növbəsində, təbiətlə memarlığın, bu günlə gələcəyin sintezini simvolizə edir.

Pavilyonumuzda ömrünü, zəkasını xalqına, millətinə həsr etmiş XXII əsrdə yaşayıb yaradan Naxçıvan memarlıq məktəbinin banisi, dünya şöhrətli memar Əcəmi Naxçıvani haqqında da məlumatlar təqdim olunur.

Sərginin davam etdiyi 6 ay ərzində memarlıqla bağlı müxtəlif konfranslar, seminarlar, görüşlər də keçiriləcək.

  • Azərbaycanın
  • Azərbaycanın
  • Azərbaycanın
  • Azərbaycanın
  • Azərbaycanın
  • Azərbaycanın
  • Azərbaycanın
  • Azərbaycanın
  • Azərbaycanın
  • Azərbaycanın
  • Azərbaycanın
  • Azərbaycanın
  • Azərbaycanın
  • Azərbaycanın
  • Azərbaycanın
  • Azərbaycanın
  • Azərbaycanın
  • Azərbaycanın
  • Azərbaycanın
  • Azərbaycanın
  • Azərbaycanın
  • Azərbaycanın
  • Azərbaycanın
  • Azərbaycanın
  • Azərbaycanın
  • Azərbaycanın
  • Azərbaycanın
  • Azərbaycanın
  • Azərbaycanın
  • Azərbaycanın
  • Azərbaycanın
  • Azərbaycanın
  • Azərbaycanın
  • Azərbaycanın
  • Azərbaycanın
  • Azərbaycanın
  • Azərbaycanın
  • Azərbaycanın
  • Azərbaycanın
  • Azərbaycanın
  • Azərbaycanın
  • Azərbaycanın
Избранный
0
5
day.az

6Источники