RU

Azərbaycanın Venesiya Arxitektura Biennalesində debütü (FOTO)

Bakı. Trend:

Azərbaycan son illərdəki memarlıq inciləri ilə ilk dəfəVenesiyada Beynəlxalq Arxitektura Biennalesində iştirak edir.

Trend xəbər verirki, mayın 10-dan noyabrın 23-dək keçirilən XIX ArxitekturaBiennalesində ölkəmiz Heydər Əliyev Fondunun və AzərbaycanMədəniyyət Nazirliyinin təşkilatçılığı, Azərbaycanın İtaliyadakısəfirliyinin dəstəyi ilə “Tarazlıq. Azərbaycanın motivləri”(“Equilibrium. Patterns of Azerbaijan”) adlı pavilyonlatəmsil olunur.

Azərbaycan sərgidə “Yenidənqurma. İnnovasiya. Qorunma” başlığıaltında üç memarlıq nümunəsini – Bakı Ağ Şəhər, Zəfər parkı vəZəngilan məscidi layihələrini tədqim edir.

Budəfəki Arxitektura Biennalesi “İntellekt. Təbii. Süni.Kollektiv” (Intelligens. Natural. Artificial. Collective)mövzusunu əhatə edərək iqlim dəyişikliklərinə diqqəti artırmaqməqsədi daşıyır. Eyni zamanda memarlığın təbii, süni və kollektivzəka vasitəsilə dəyişən dünyaya uyğunlaşmasını araşdırmağaçağırır.

Bakı Ağ Şəhər layihəsi qabaqcıl və müasir şəhərsalmalayihələrindən biri olaraq müasir texnologiya və kollektiv səylərləsənaye keçmişindən dayanıqlı və yenidən qurulmuş yaşıl gələcəyəkeçidi təcəssüm etdirir.

8 Noyabr qələbəsinin rəmzi olan, əzəmətli görünüşə sahib Zəfərparkı isə torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətənoğullarının xatirəsini əbədiləşdirir və milli rifah üçün həmrəyolan xalqımızın əzmini nümayiş etdirir.

Qarabağ memarlıq üslubunda inşa edilən Zəngilan məscidi isə, öznövbəsində, təbiətlə memarlığın, bu günlə gələcəyin sintezinisimvolizə edir.

Pavilyonumuzda ömrünü, zəkasını xalqına, millətinə həsr etmişXXII əsrdə yaşayıb yaradan Naxçıvan memarlıq məktəbinin banisi,dünya şöhrətli memar Əcəmi Naxçıvani haqqında da məlumatlar təqdimolunur.

Sərginin davam etdiyi 6 ay ərzində memarlıqla bağlı müxtəlifkonfranslar, seminarlar, görüşlər də keçiriləcək.

Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Məqalədə:
Избранный
0
5
az.trend.az

6Источники