Mayın 10-da saat 08:00 radələrində Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Xanbalayev Murad Tahir oğlu idarə etdiyi “Mercedes Benz C200” markalı avtomobillə Sumqayıt şəhərindən Şabran istiqamətində hərəkətdə olarkən, H.Z. Tağıyev qəsəbəsi ərazisində yerləşən marketin yanında yerləşən işıqforun qırmızı işığında dayanmış avtomobillə toqquşmamaq məqsədilə sükanı sağa çevirərək hərəkətini davam etdirib. Bu zaman o, ehtiyatsızlıq nəticəsində işıqforun yanında dayanmış 1994-cü il təvəllüdlü Xudiyev Sadiq Qəfər oğlunu avtomobilin ön hissəsi ilə vurub.
Piyada hadisə yerində aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) ilə cinayət işi başlanılıb, istintaq aparılır.