“Rusiyanın İstanbulda Ukraynadakı vəziyyətlə bağlı təklif etdiyi danışıqlarda 2022-ci ildə kəsilmiş danışıqların nəticələri və vəziyyət nəzərə alınmalıdır”.
“Cebheinfo.az” “İnterfaks”-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
“Təbii ki, real vəziyyəti nəzərə alaraq müzakirə apaırlmalıdır”, - deyə o, müvafiq sualı cavablandırarkən jurnalistlərə bildirib.
Uşakovun şərhi Rusiyanın “Birinci Kanalı”nda nümayiş etdirilib.
Danışıqlarda Rusiyanı kimin təmsil edəcəyi ilə bağlı sualı cavablandırarkən deyib:
“Prezident əmr verəcək, sonra biz bunu elan edəcəyik”.
Daha əvvəl Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiya Ukraynaya mayın 15-də İstanbulda 2022-ci ildə kəsilmiş birbaşa danışıqların ilkin şərt olmadan bərpasını təklif edir.
Putin, həmçinin qeyd edib ki, Rusiya uzunmüddətli sülhə nail olmaq üçün Kiyevlə ciddi danışıqlara hazırdır.