Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 10 kv.m olan köməkçi tikilinin içərisində məişət və taxta tullantıları yanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.