RU

Zelenski Putinin təklifinə cavab verdi: Hazırıq...

Rusların nəhayət müharibəni bitirmək barədə düşünməsi yaxşı əlamətdir.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Biz gözləyirik ki, Rusiya sabahdan, mayın 12-dən etibarən atəşkəsi tam, davamlı və etibarlı şəkildə təsdiqləyəcək və Ukrayna görüşməyə hazırdır”, - Zelenski bildirib.

Qeyd edək ki, bu gün gecə saatlarında Rusiya Prezidenti Vladimir Putin Ukraynaya mayın 15-də ilkin şərt olmadan birbaşa danışıqları İstanbulda bərpa etməyi təklif edib. Putin bununla bağlı hətta Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da danışacağını bildirib.

Избранный
0
50
axar.az

10Источники