RU

Xalq artisti: Mənim ağıllı xalqım, onlara verilən pulu kəsin


"Səsi, sənəti olan adamın həmişə böyük abır-həyası olur. İndi səsi olmayanlar dəbdədir. Onlar yalnız efirdə çayxana söhbətləri edirlər. İstər kişisi, istərsə də qadını. Biri-birlərini tərifləyirlər, şabaş verirlər. Bizim vaxtımızda bele şeylər ayıb idi".

News24.az axşam-a istinadla xəbər verir ki, bu sözləri Xalq artisti Zaur Rzayev "Günə bax" verilişində deyib.

O bildirib: "Oğlanlar var ki, boyu 2 metrdir. Dərnəgüldə körpünün altında dayanır, günü 30 manata iş axtarır. Amma bizdə qızlar var ki, saçına, gözünə əl gəzdirir, onu oraya, bunu da buraya qoyur, özünü düzəldir və deyir ki, toya 7 minə gedirəm. Mənim ağıllı xalqım, onlara verilən pulu kəsin, kasıbla, yetimlə paylaşın".

Избранный
0
7
news24.az

10Источники