RU

Ana və oğul eyni gündə eyni universiteti bitirdilər

ABŞ-da 9 may – Ana Günündə çox xüsusi və emosional an yaşanıb. Texas Xristian Universitetində keçirilən məzuniyyət mərasimində ana və oğul birgə səhnəyə çıxaraq magistr diplomlarını alıblar.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Universitet yayıb.

Mənbə qeyd edir ki, bu mərasim universitet tarixində yalnız magistr məzunlarına həsr olunmuş ilk rəsmi təqdimat olub. Klay Filds Humanitar Elmlər üzrə magistr dərəcəsi alıb, onun anası Brendi Filds isə Biznes İdarəçiliyi üzrə magistr adını qazanıb.

Brendi Filds jurnalistlərə bildirib ki, diplom əldə etmək üçün keçdiyi yol asan olmayıb:

“Uzun illərdən sonra yenidən auditoriyaya qayıtmaq böyük sınaq idi. Amma cəmiyyətin müxtəlif təbəqələrindən olan peşəkarlarla birlikdə oxumaq mənə inanılmaz dərəcədə fayda verdi.”

Oğlu Klay isə qeyd edib ki, idman həyatının ayrılmaz hissəsidir və gələcəyini də bu sahədə görür:

“İdman həmişə mənim üçün vacib olub. Universitetdən sonra idman sənayesində işləmək istəyirəm. Ən böyük arzum – ‘Nike’da işləməkdir.”

Bu hadisə təkcə bir ailənin deyil, həm də təhsilin yaşla, vaxtla məhdudlaşmadığını göstərən ilhamverici bir nümunəyə çevrilib. Ana və oğulun eyni gündə eyni səhnəyə çıxaraq diplom almaları ictimaiyyətin və sosial medianın da diqqətini cəlb edib.

Bizim.Media

Избранный
0
1
bizim.media

2Источники