RU

Basketbol Liqası: Final seriyasında beşinci oyun keçiriləcək

Azərbaycan Basketbol Liqasının final seriyasında beşinci oyun bu gün keçiriləcək.

“İki sahil” xəbər verir ki, "Sabah" - "Neftçi" qarşılaşması saat 17:00-da başlayacaq.

Görüş Bakı İdman Sarayında təşkil olunacaq. Klublar indiyədək hərəyə iki qələbə qazanıblar.

Qeyd edək ki, final seriyasında 4 qalibiyyət əldə edən komanda Azərbaycan Basketbol Liqasının qalibi olacaq.

Избранный
0
34
ikisahil.az

10Источники