Azərbaycan Basketbol Liqasının final seriyasında beşinci oyun bu gün keçiriləcək.
Publika.az xəbər verir ki, "Sabah" - "Neftçi" qarşılaşması saat 17:00-da başlayacaq.
Görüş Bakı İdman Sarayında təşkil olunacaq. Klublar indiyədək hərəyə iki qələbə qazanıblar.