RU

ABŞ dəhşətli fəlakətlərlə üz-üzə: güclü sunami, böyük zəlzələ...

ABŞ-ın qərb sahilində maqnitudası doqquz baldan çox olan güclü zəlzələ və dağıdıcı sunami baş verə bilər.

Publika.az "Daily Mail" araşdırmalarına istinadla xəbər verir ki, təhlükə Kanadadan Kaliforniyaya uzanan 970 kilometrlik sualtı qırılmada fəaliyyətlə bağlıdır.

Alimlər okeanın dibinin yüksək dəqiqliklə xəritəsini çəkib və tektonik plitələrin kritik təzyiq yaratdığı dörd qırılma seqmentini müəyyən ediblər. Onlar sunami dalğalarının hündürlüyü 30 metrə çata biləcəyini, Oreqonun şimalında, Vaşinqtonda və Britaniya Kolumbiyanın cənubunda geniş dağıntılara səbəb ola biləcəyini təxmin edirlər .

"İqtisadi zərər böyük olacaq və qurbanların sayı minlərlə olacaq. Hətta ucqar ştatlar da suyun çirklənməsindən və kimyəvi tullantılardan əziyyət çəkəcək", - ekspertlər deyiblər.

Избранный
0
2
publika.az

3Источники