Pakistanın hava məkanı 11 may saat 12:00-a qədər bütün aviareyslər üçün bağlı qalacaq.
Lent.az xəbər verir ki, Bu barədə ölkənin Mülki Aviasiya İdarəsi açıqlama yayıb.
Əvvəlcə hava məkanının 3:15-dən 12:00-a qədər bağlanacağı bildirilmişdi.
Lakin müddətin başa çatmasına az qalmış, hakimiyyət yeni bəyanat yayaraq məhdudiyyətin uzadıldığını elan edib.
Qərarın qəbul olunmasına səbəb kimi təhlükəsizlik sahəsində mövcud vəziyyət göstərilir.