Bu barədə Oxu.Az-a Qaradağ Rayon Polis Şöbəsindən məlumat verilib.
Araşdırma zamanı cinayətdə 23 yaşlı gəncin iştirakı müəyyən edilib (adı hələlik məlum deyil). Şübhəli şəxs tutulub və hazırda Qaradağ Rayon Polis İdarəsində ifadə verir.
Bildirilib ki, S.Nəcəfov saxlanılan şəxsin bacısı ilə nişanlı olub. Ancaq hadisəni törədən şəxs gələcək qohumunun gözəl qızların fotolarını sosial şəbəkədə paylaşaraq ədəbsiz davrandığını hesab edib.
S.Nəcəfov qarşı tərəfi bunların yalnız gözəl qızların fotoşəkilləri olduğuna inandıra bilməyib. Gənclər arasında münaqişə yaranıb.
Zərərçəkən ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
www.anews.az