BAKI. 11 may. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin rəsmi Kiyevə İstanbulda birbaşa danışıqları yenidən başlamağı təklif etdi.
Teleqraf xəbər verir ki, bu barədə o, Putin jurnalistlərə açıqlamasında deyib.
"Biz dəfələrlə atəşkəs üçün addımlar təklif etdik. Ukrayna tərəfi ilə dialoqdan heç vaxt imtina etmədik. Bir daha xatırladıram. 2022-ci ildə danışıqları biz dayandırmadıq. Bunu Ukrayna tərəfi etdi. Hər şeyə rəğmən, Kiyev hakimiyyətinə 2022-ci ilin sonunda onlar tərəfindən dayandırılmış danışıqları, özü də heç bir ilkin şərt olmadan yenidən başlamağı təklif edirik", - o bildirib.