Azərbaycan millisinin üzvləri Rahil Məmmədov və Renat Dadaşovun formasını geydiyi “Radomiak” Polşa Ekstraklasasında 32-ci tur oyununa çıxıb.
QOL.az xəbər verir ki, komanda öz meydanında “Poqon”la qarşılaşıb. Görüş "Radomiak"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Rahil bu görüşün iştirak ərizəsində yer almayıb.
Meydana start heyətində çıxan Renat isə 77-ci dəqiqədə Pedro Perotti ilə əvəzlənib.
5 turdan sonra qələbə qazanan “Radomiak” hazırda turnir cədvəlində 40 xalla 12-cidir.