RU

Şahbaz Şərif: “Pakistan tarixi qələbə qazandı”

Pakistanın baş naziri Şahbaz Şərif Hindistanla atəşkəs elanından sonra xalqa müraciət edib.

Bizim.Media xəbər verir ki, Şərif çıxışının əvvəlində İslamabadın tarixi qələbə qazandığını qeyd edib.

Atəşkəslə bağlı Şərif ABŞ prezidenti Donald Trampa təşəkkür edərək, Vaşinqtonun atəşkəsin əldə olunmasında əsas rolunu, həmçinin tərəflər arasında vasitəçiliyə kömək etdiklərinə görə Səudiyyə Ərəbistanı, Türkiyə və Qətərin səylərini xüsusilə qeyd edib:

“Biz bu atəşkəs razılaşmasını hər kəsin xeyrinə etdik”.

Hökumət başçısı həmçinin vəziyyətin gərginləşməməsi üçün göstərdiyi səylərə görə Çinə ayrıca təşəkkür edib.

Şərif sonda Hind çayının bölüşdürülməsi və Kəşmir bölgəsi də daxil olmaqla, bütün mübahisəli məsələlərin həll olunacağına əminliyini ifadə edib.

Bizim.Media

Избранный
0
bizim.media

1Источники