RU

ABŞ və Çin Cenevrədə ticarət müharibəsini aradan qaldırmaq üçün danışıqlara başladı

Bakı. Trend:

ABŞ və Çin nümayəndə heyətləri, iki ölkə arasında uzun müddətdirdavam edən ticarət münaqişəsinə son qoymaq məqsədilə Cenevrədəyüksək səviyyəli danışıqlara start verib.

Trend-in Euronewsagentliyinə istinadən verdiyi xəbərə görə, Amerika nümayəndəheyətinə maliyyə naziri Skott Bessent, Çin nümayəndə heyətinə isəHe Lifen rəhbərlik edir. Danışıqların dəqiq yeri açıqlanmasa da,hər iki tərəfdən olan rəsmilər anonimlik şərti ilə danışıqlarbarədə media ilə bölüşüblər.

Ekspertlər yaxın perspektivdə ciddi irəliləyiş gözləməsələr də,qarşılıqlı tarif güzəştlərinin mümkünlüyü barədə nikbinlik var. Bu,qlobal ticarətə və maliyyə bazarlarına müsbət təsir edə bilər.

Qeyd edək ki, aprel ayında ABŞ Prezidenti Donald Tramp Çinidxalına tarifləri 145%-ə qaldırmışdı, Çin isə cavab olaraq ABŞməhsullarına 125% rüsum tətbiq etmişdi. Bu qarşılıqlı addımlarnəticəsində, keçən il 660 milyard dollardan çox olan ikitərəfliticarət faktiki olaraq iflic vəziyyətə düşmüşdü.

Danışıqlardan əvvəl Tramp “Truth” sosial şəbəkəsində tarifləri80%-ə endirməyə hazır olduğunu bildirmişdi. Xatırladaq ki, Tramphələ ilk prezidentliyi dövründə Çinə qarşı “tarif müharibəsi”nəstart vermiş və Pekini haqsız rəqabətdə, texnologiya oğurluğunda vədövlət subsidiyalarından sui-istifadədə ittiham etmişdi.

Pekin isə bu ittihamları əsassız sayır və bildirir ki, Trampyalnız Çinə deyil, digər ölkələrə qarşı da yüksək tariflər tətbiqedib.

ABŞ-nin Çinlə olan ticarət kəsiri 2024-cü ildə 263 milyarddollar təşkil edib.

Избранный
0
az.trend.az

1Источники