Nərimanov rayonunda yerləşən məşhur ''Şəki'' restoranının söküntüsünə başlanıb.
Xezerxeber.az-ın məlumatına görə, hazırda ağır texnikalarla restoranın divarlarında, qaldırıcı kranla isə içindən söküntü işləri aparılır.
İş icraçıları bildiriblər ki, ''Şəki''restoranı tam söküldükdən və dağıntılar ərazidən daşındıqdan sonra plana düşən digər obyektlərin sökülməsi icra ediləcək.
Yeri gəlmişkən, Həsən Əliyev küçəsi, ''Koroğlu'' metrostansiyası avtomobil yolu layihəsinin də işləri sürətlə aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, yeni yol Ziya Bünyadov və Heydər Əliyev prospektlərinə paralel olaraq layihələndirilərək inşa edilir.
Yolun tam olaraq ilyarıma istifadəyə verilməsi planlaşdırılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.