RU

Azərbaycan ictimaiyyətinə ağır itki baş verdi   

  Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair, filologiya üzrə fəlsəfə doktoru, dosent Ağasən Bədəlzadə vəfat edib.


"Referans" kult.az-a istinadən xəbər verir ki, bu barədə şairin oğlu Səbuhi Bədəlov məlumat verib.


O bildirib ki, Ağasən Bədəlzadə bu gün, 85 yaşında dünyasını dəyişib.


Xatırladaq ki, artıq bir neçə ildir insult keçirmiş şair öz ata-baba yurdu olan İsmayıllı rayonunun Pirəbilqasım kəndində yaşayırdı.


Pedaqoji fəaliyyətlə yanaşı, gözəl şair kimi tanınan Ağasən Bədəlzadənin bu vaxtadək "Yanmaq ona deyərəm ki...", "Payızda məhəbbət", "Hayıf, a dünya səndən", "Qorxuram bu dünya sevgisiz qala", "Hələ yaşamağa dəyər dünyada" adlı şeirlər kitabları nəşr olunub.

Избранный
0
1
referans.az

3Источники