RU

Güclü zəlzələ bu ölkəni SİLKƏLƏDİ

  ABŞ-ın Tennessi ştatında 4,1 bal gücündə zəlzələ baş verib.

"Referans" "Associated Press"ə istinadla xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar Atlanta, Qərbi Şimali Karolina və digər ərazilər də daxil olmaqla geniş ərazidə hiss olunub.

Zəlzələnin episentri Tennessi ştatının Qrinbek şəhərindən təxminən 20 kilometr aralıda, Knoxvilledən təxminən 48 kilometr cənubda yerləşib. Yeraltı təkanlar səhər saat 9-dan (Bakı vaxtı ilə 18:00) az sonra qeydə alınıb.

USGS sözçüsü Ayeşa Davis bildirib ki, xidmət zəlzələdən sonra ilk saat ərzində əhalidən 23 mindən çox zəng qəbul edib.

Избранный
0
2
referans.az

10Источники