RU

Şəkidəki qəzada xəsarət alanların kimliyi bilindi - Yenilənib

Şəkidə ağır yol nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Şəki şəhəri Salman Mümtaz küçəsində olub.

Belə ki, hərəkətdə olan “Ford” markalı yük maşını və “Mercedes Vito” markalı avtomobil toqquşub.

Hadisə nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırmalara başlanılıb.

***

Şəkidə ağır yol qəzası zamanı xəsarət alanların kimliyi məlum olub.

Yük maşını və mikroavtobusun toqquşması nəticəsində Balakən rayon sakinləri - mikroavtobusun sürücüsü, 39 yaşlı Asif Gündüzzadə, 33 yaşlı Turqut Əliyev, 6 yaşlı Qədirzadə Kənan, 64 yaşlı Eteri Ocaqverdiyeva, Şəki rayon sakinləri - yük avtomobilinin sürücüsü 38 yaşlı Elşən Məmmədov və 12 yaşlı Əli Məmmədli xəsarət alıblar.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Mübariz Muradov

Избранный
0
qafqazinfo.az

1Источники