"Mançester Siti" Braziliyanın "Flamenqo" klubunda çıxış edən 21 yaşlı sağ cinah müdafiəçisi Uesli Fransla maraqlanır.
Offsideplus.az xəbər verir ki, "şəhərlilər" braziliyalı futbolçunun transferi üçün artıq danışıqlara başlayıblar. "Flamenqo" Ueslinin mümkün transferi üçün 45 milyon avro tələb edir.
Hazırkı mövsümdə müdafiəçi bütün turnirlər daxil olmaqla 19 oyunda iştirak edib, 1 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubla olan müqaviləsi 2028-ci ilin sonuna qədər qüvvədədir. Transfermarkt portalında yer alan məlumata əsasən, oyunçunun bazar dəyəri 25 milyon avrodur.