Bu gün Polşanın "Radomyak" klubu ölkə çempionatında növbəti matçına çıxıb.

Offsideplus.az xəbər verir ki, Radom təmsilçisi öz meydanında "Poqon"u qəbul edib.

"Radomyak"ın heyətində Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov bu maçtda 72 dəqiqə meydanda olub.

Digər azərbaycanlı futbolçu Rahil Məmmədov isə yenə heyətdə yer almayıb. Son 3 ayda "Radomyak"da görünməyən müdafiəçi klubdan ayrılır.

Görüş "Radomyak"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Polşa Ekstrasklasası, XXXII tur

16:45 "Radomyak" - "Poqon" 2:0

Qollar: Marko Burç, 2, Perotti, 90

-- Renat Dadaşov bu matça start heyətində başlayacaq.

-- R. Dadaşov 72-ci dəqiqədə əvəzləndi.