Arda Turanın yeni mövsümdən Ukraynanın “Şaxtyor” komandasının baş məşqçisi olacağı haqda yeni məlumat yayılıb.
Yenisabah.az Marca-ya istinadla xəbər verir ki, 37 yaşlı məşqçi hazırda “Eyüpspor”un (Türkiyə) baş məşqçisi işləyir.
Arda “Şaxtyor”la müqavilə imzalamağa hazır olduğu bildirilib. Bu mövsüm bitən kimi o, Ukrayna klubuna keçəcəyi qeyd olunub. Bu, onun məşqçi qismində ilk legionerliyi olacaq.
Telegram kanalımız