Bakı. Trend:
İsveçrənin Cenevrə şəhərində Çin və ABŞ arasında yüksəksəviyyəli ticarət danışıqları başlayıb.
Trend xəbər verirki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Çin nümayəndə heyətinə hökumətin maliyyə-iqtisadi blokunanəzarət edən Dövlət Şurasının sədr müavini He Lifen rəhbərlik edir.Vaşinqtonu isə maliyyə naziri Skott Bessent təmsil edir.
Bundan əvvəl ABŞ-nin ticarət naziri Hovard Latnik Çin malları vəxidmətlərinin idxalına tətbiq edilən rüsumların ləğvini istisnaetmişdi.
Çin Ticarət Nazirliyinin rəsmi nümayəndəsi He Yadun bəyan edibki, Çin Xalq Respublikası prinsipial məsələlərdə güzəştə getməyəcəkvə ABŞ Prezidenti Donald Trampın administrasiyası ilə sazişimzalamaq naminə “ədaləti qurban verməyəcək”.