RU

“Pelleqrini mənim üçün bu peşədə ata kimidir”

"Çelsi"nin baş məşqçisi Enzo Mareska 2024/2025 UEFA Konfrans Liqasının finalında "mavilər"in çilili mütəxəssis Manuel Pelleqrininin rəhbərlik etdiyi "Betis"lə qarşılaşacağını bildirib.

90deqiqe.Az-ın “Goal" nəşrinə istinadən verdiyi məlumata görə, Mareska Pelleqrini ilə şəxsi münasibətləri barədə danışaraq onunla bağlı fikirlərini bölüşüb. 

“Betislə qarşılaşacağımız üçün çox xoşbəxtəm, xüsusən də Manuel Pelleqriniyə görə. O, bu peşədə mənim üçün ata kimidir. Dörd il birlikdə işləmişik — iki il onun oyunçusu, iki il isə köməkçisi olmuşam. Onun futbolçulara münasibətini yaxşı bilirəm.

Ən önəmlisi isə odur ki, Pelleqrini dürüst və nümunəvi insandır. O, daim futbolçulara qarşı səmimi və ədalətli olmağa çalışır. Şəxsən mən ondan çox şey öyrənmişəm və hələ də öyrənməyə davam edirəm”

Qeyd edək ki, o, futbolçu kimi İspaniyanın “Malaqa” klubunda Pelleqrininin rəhbərliyi altında çıxış edib, daha sonra isə İngiltərənin “Vest Hem” klubunda onun köməkçisi kimi çalışıb.

İngiltərənin “Çelsi” və İspaniyanın “Betis” komandaları arasında Konfrans Liqasının finalı mayın 28-də Polşanın Vrotslav şəhərində keçiriləcək.

Избранный
0
90deqiqe.az

1Источники