RU

Almaniya Kanslerindən Ukraynada prezident seçkiləri ilə bağlı açıqlama

BAKI, 10 may. TELEQRAF

“Müharibə davam edərkən, Ukraynada prezident seçkilərinin keçirilməsi mümkün deyil”.

Teleqraf xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts deyib.

“Ukrayna konstitusiyası müharibə zamanı seçkilərin keçirilə bilməyəcəyini şərtləndirir. İnanıram ki, hamımız buna hörmət etməliyik”, - kansler bildirib.

Xatırladaq ki, fevralın 20-də ABŞ Prezidenti Donald Tramp Ukraynada seçkilərin keçirilməsinin vaxtının çatdığını söyləmişdi.

Избранный
0
teleqraf.com

1Источники