RU

"Arsenal" və "Çelsi" "Milan"ın ulduzunu almaq istəyir

Portuqaliya millisinin və "Milan"ın vingeri Rafael Leao İngiltərə Premyer Liqasında işləyə bilər.

Apasport.az xəbər verir ki, bu barədə "Todofichajes" portalı məlumat yayıb.

Portuqaliyalının transferində Londonun "Arsenal" və "Çelsi" klubları maraqlıdır.

İtaliya təmsilçisi ulduz futbolçunu 75 milyon avroya sata biləcəyini bildirmişdi.

Rafaelin klubla mövcud müqaviləsi 2028-ci ilin yayında başa çatacaq. O, 2019-cu ilin avqustundan komandada çıxış edir.

Qeyd edək ki, o, İtaliya çempionatının cari mövsümündə 33 oyun keçirib, 8 qol vurub və 8 məhsuldar ötürmə edib.

"Arsenal" heyətini ispaniyalı yarımmüdafiəçi ilə gücləndirəcək

"Fənərbaxça"lı futbolçular arasında gərginlik - VİDEO

FIFA irqçiliklə bağlı qanunları sərtləşdirib

“Çelsi”nin kapitanı: “Bu turnirdə də qələbə qazanacağımızı gözləyirik”

“Çelsi” niderlandlı forvardla maraqlanır

Избранный
0
apasport.az

1Источники