“Ticarət müharibəsi”nin iki tərəfi, ABŞ və Çin nümayəndələri Cenevrədə bir araya gəliblər.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Çinin rəsmi mətbuat orqanı "Xinhua" agentliyi məlumat yayıb.
Bildirilib ki, Çin Xalq Respublikası Baş nazirinin müavini He Lipenq Cenevrədə ABŞ-nin maliyyə naziri Skott Bessent ilə görüşüb.Dünyanın iki ən böyük iqtisadiyyatı arasında malların idxalına tətbiq olunan gömrük rüsumlarının 100 faizdən çox artmasına səbəb olan və həftələrlə davam edən gərginlikdən sonra tərəflər nəhayət danışıqlara başlayıb.
ABŞ Prezidenti Donald Tramp, Çinlə “ticarət müharibəsi”ni yumşaltmaq məqsədilə tətbiq etdiyi idxal vergilərini dünən 145 faizdən 80 faizə endirmək fikrini gündəmə gətirib.Trampın bu açıqlaması, həftəsonu İsveçrədə keçiriləcək yüksək səviyyəli ABŞ-Çin görüşləri öncəsi gəlib.
Cümə günü sosial media hesabında paylaşım edən Tramp, “Çinə 80 faiz gömrük rüsumu məntiqli görünür! Qərar ABŞ-nin maliyyə naziri Skott Bessentə aiddir", deyə qeyd edib.