Gürcüstanın Qori şəhərində böyüklər arasında cüdo üzrə Avropa kuboku keçirilir.
İdman.biz xəbər verir ki, yarışda Azərbaycan idmançıları da çıxış edir.
İlk gündə 12 cüdoçumuz tatamiyə çıxıb. Babarəhim Mirzəyev (60 kq) və Nazir Talıbov (66 kq) finala yüksəliblər, Murad Əliyev (60 kq) və Nəriman Mirzəyev (73 kq) isə bürünc uğrunda mübarizə aparacaqlar.
İdman.biz