RU

Yasamal Rayon İcra Hakimiyyətinin kollektivi Ulu Öndərin xatirəsini anıb - Fotolar

Müasir müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və aparatın kollektivi Ümummilli Liderin əziz xatirəsini yad ediblər.

“Qafqazinfo” xəbər verir ki, Öncə İcra Hakimiyyətinin inzibati binasında Ulu Öndərin büstü önünə gül dəstələri qoyuldu, xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yasamal rayon Heydər Əliyev Mərkəzində foyedəki sərgiyə baxış keçirilib, Ulu Öndərin abidəsi ziyarət olunub və gül dəstələri qoyulub.

Sonra isə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı, Aparatın əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri və kollektivi Ulu Öndərin Fəxri Xiyabandakı məzarını ziyarət edərək əziz xatirəsini dərin ehtiramla anıb.





Избранный
0
qafqazinfo.az

1Источники