Dünyada ayın ən yaxşı klubu bəlli olub.
Bizim.Media xəbər verir ki, İFFHS dünya reytinqində ən çox xal qazanan komandaları açıqlayıb.
Aprelin ən yaxşısı “Barselona”dır. Ardıcıl ikinci dəfə bu adı qazanan İspaniya nəhəngi ötən ay 87 xal əldə edib.
“Palmeyras” 72 xalla 2-ci, PSJ 62 xalla 3-cü olub. “Arsenal” 61, “San Paulu” və “Bahia” 58 xala sevinib.
Qeyd edək ki, bu il yanvarda “Arsenal”, fevralda “Real” ayın klubu olub.
Rəşad Rafiqoğlu, Bizim.Media