Qadınlar arasında dünya çempionatında komanda sayı 32-dən 48-ə artırılıb.
"Football-plus.az" xəbər verir ki, qərarı FİFA Şurası qəbul edib.
Ali futbol qurumunun mətbuat xidmətinin yaydığı məlumata görə, 48 komandanın iştirak edəcəyi dünya çempionatı 2031-ci ildə Şimali Amerikada keçiriləcək. 2027-ci ildə Braziliyada təşkil olunacaq yarışda isə əvvəlki kimi 32 yığma iştirak edəcək.
2031-ci ildəki turnirdə 12 qrup olacaq ki, bu da oyunların ümumi sayının 64-dən 104-ə yüksələcəyi deməkdi.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта