RU

Zibillikdən uşaq kəlləsi tapıldı

Türkiyənin Adana vilayətinin Seyhan bölgəsində zibil qabından kağıza bükülmüş insan kəlləsi tapılıb.

Bizim.Media Türkiyə KİV-ə istinadla xəbər verir ki, kəlləni ərazidə yaşayan 40 yaşlı İsa Kaplan adlı bir nəfər aşkarlayıb.

O, mal-qarası üçün zibillikdən boyat çörək toplayarkən kağıza bükülü bir şey olduğunu görüb. Kağızı açanda içərisindən insan kəlləsi çıxıb. O, hadisə ilə bağlı polisə xəbər verib.

Adana Tibb Qurumunun Ekspertiza şöbəsinə göndərilən orqanın uşaq kəlləsi olduğu ehtimal edilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Bizim.Media

Избранный
0
bizim.media

1Источники