Türkiyəli aktrisa Yonca Şahinbaş soyadını dəyişdirməsinin əsl səbəbini açıqlayıb.
Ölkə.Az xəbər verir ki, aktrisa yerli mətbuata açıqlamasında bildirib ki, “Asla vazgeçmem” serialında rol aldığı zaman anası ona zəng edərək atasının onun soyadından istifadə etməsini istəmədiyini deyib
“Heç problem deyildi. Dərhal prodüserə zəng etdim və ekranda görünən soyadımı dəyişdirdik. İnstaqram səhifəmdəki soyadımı da “Şahinbaş” olaraq dəyişdirdim. Onsuz da “Cevher” soyadını atama jest üçün işlədirdim. Sırf ana-atadırlar deyə onları sevmək məcburiyyətindəyik? Belə hiss etmədiyim üçün narahat olurdum. Sanki bəzi şeylər yolunda deyildi”.
O, psixoloji dəstək aldığını da bildirib:
“Terapevtim dedi ki, qarşılıqlı sağlam münasibət yoxdursa, sevmək məcburiyyətində deyilsən. Atamla heç vaxt çox güclü bağımız yox imiş kimi hiss edirəm. Buna görə də bir qırılmadan söz açmaq mümkün deyil. Hər şey özlüyündən oldu. Atamla bağlı xatirələrim var, amma çox da yaxşı deyil. Onunla təxminən 9-10 ildir heç üz-üzə görüşməmişik. Onsuz da anamla atam da bir neçə il əvvəl ayrılıb”,- deyə aktrisa söyləyib.
Qeyd edək ki, Yonca Şahinbaşın atası Mahmut Cevher “Yeşilçam”ın məşhur aktyorlarındandır. O, son olaraq “Uzak şehir” serialında Mahmut ağa obrazını canlandırıb.
Billurə