Şabranda avtomobil ağaca çırpılıb, iki nəfər ölüb.
News24.az "Report"a istinadən xəbər verir ki, Gəndob-Yalama avtomobil yolunun Şabran rayonu Şahnəzərli kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Belə ki, hərəkətdə olan "VAZ-21015" markalı minik avtomobili ağaca çırpılması nəticəsində,
Şabran rayonu, Gəndob kənd sakinləri, Elməddin və Əmrəli Fərzəliyevlər həlak olublar.
Hadisə ilə bağlı araşdırma aparılır.